"Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm".
"Sherg.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası ( MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev parlamentari Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən feysbuk hesabında qeyd edib.
"Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Həmin cəhdlərin qarşısı qətiyyətlə alınacaq.
Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik.
Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorrlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!"-, R.Nurullayev əlavə edib.
Qeyd edək ki, martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.