Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi "İdeanı Reallaşdır 2022" gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi "Gələcəyin Fərqində" layihəsi Tovuz, Gəncə, Şəki, Sumqayıt, Bakı şəhərində həyata keçib.
"Sherg.az" xəbər verir ki, layihənin açılış mərasimində rayonlar üzrə YAP nümayəndələri, Gənclər Evlərinin rəhbərləri, təşkilatçılar, komanda və təlimçi iştirak edib.
Layihə rəhbəri Defektoloq, loqoped və təlimçi Nərmin Daşdəmirbəyli tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. "Valideyn övlad münasibəti" mövzuda gənclər üçün təlim keçirilib.
Layihənin məqsədi gənclərin maariflənməsi, gənc valideynlərin doğru tərbiyə metodları ilə tanış olması, bu metodları övladlarına tətbiq etməsi və övladlarının sağlam gələcək qurmasına dəstək göstərməsidir.
Layihə 2 ay ərzində uğurla tamamlanıb.