Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli və milli avtomobil Togg ilə Prezident Kompleksi (red.küllüye) ətrafında gəzib.
"Sherg.az" xəbər verir ki, 34 EE 2071 nömrəli "Togg"la hərəkət edən prezidenti həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.
Prezident avtomobil sürərkən Əminə Ərdoğan “Maşın mənimdir ona görə” deyib. Ərdoğan "Hazırda kapitan mənəm, kapitanı izləyəcəksən. Avtomobilin sənin olması vacib deyil, sükan arxasında kimin olduğu önəmlidir" deyə cavablayıb. Onun cavabı gülüşə səbəb olub.
Qeyd edək ki, ailə biri Prezidentin, digəri isə Ə.Ərdoğanın olmaqla iki ədəd "Togg" markalı avtomobil alıb.
Həmin görüntüləri təqdim edirik: