İrəvanda Azərbaycan bayrağı yandırıldı - VİDEO


İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

"Sherg.az" xəbər verir ki,  Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı əlindən alıb. Ona od vurub.

Xatırladaq ki, İrəvanda sabah start götürəcək yarışa Azərbaycandan Nazilə İsmayılova (49 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) qatılıb.
Qeyd edək ki, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında erməni idmançılara hansı şərait yaradıldığını, onların necə qarşılandığını bütün dünya görmüşdü.