"Əfv siyahısına düşəcək şəxslər barədə sərəncamın imzalanması Prezidentin səlahiyyətindədir. Təqdim olunan siyahıda çox adamın adı var. İnanıram ki, əfv sərəncamına görə, xeyli məhkum, həmçinin tanınmış məhbuslar da azadlığa çıxacaq. Lakin adlarını çəkmək istəmirəm".
Bunu "Sherg.az"a açıqlamasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
O bildirib ki, indiyədək imzalanan əfv sərəncamlarından fərqli olaraq bu dəfə daha çox insan həmin siyahıya düşəcək.
Qeyd edək ki, may ayında əfv sərəncamının olması gözlənilir. Bu, "Heydər Əliyev ili" çərçivəsində görüləcək tədbirlər siyahısındadır.