Dağıstanın Xəzər dənizi sahilində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanda da hiss edilib.
"Sherg.az" xəbər verir ki, zəlzələnin 5.5 bal gücündə olduğu iddia edilir.
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə heç bir informasiya yoxdur.
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə heç bir informasiya yoxdur.
Qeyd edək ki, hələ rəsmi məlumat paylaşılmayıb.
00:17
Xəzər dənizində 5,4 bal gücündə zəlzələ baş verib.
“Sherg.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.
Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.
Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.
“Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.