"İndiyə qədər dünyada zəlzələni əvvəlcədən elan edən bir cihaz yaradılmayıb".
Bunu "Sherg.az"a seysmoloq Telman Zeynalov Azərbaycanda daha güclü zəlzələ baş vermə ehtimalının olub-olmamasından danışarkən deyib. O söyləyib ki, Azərbaycanda əslində mütəmadi şəkildə zəlzələ baş verir, lakin kiçik təkanlar olduğu üçün insanlar hiss etmir:
"Bəziləri həyəcan keçirir, panikaya düşür. Amma qorxmaq lazım deyil. Zəlzələni ancaq qeydə alındığı vaxt bilib, bal gücünə görə, əhaliyə evdən çıxmağı tövsiyə etmək olar. Nə vaxt baş verəcəyini isə heyvanlardan başqa heç kim bilmir. Heyvanlar hiss edib, yaşadıqlarını ərazini tərk edirlər".
Qeyd edək ki, Hacıqabulda yerli vaxtla saat 09:51-də 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Xəzər dənizində də zəlzələ olub.