Əhvalınız pozulanda YATMAYIN  - Çünki...


 Kefsizlik hər kəsin zaman-zaman yaşadığı emosional problemlərdən biridir. Bəs depressiv əhval-ruhiyyədə nə etmək olar?

"Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki, mütəxəssis Psixoloq Kaan Üçyıldız mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib.

Əhvalınız pis olanda yatmaq problemlərdən bir anlıq uzaqlaşmaq kimi görünsə də, əslində beynin daha çox düşünməsinə səbəb olur. Kefiniz olmayanda yatdığınız zaman beyniniz dincələcək. Amma oyananda bütün neqativ düşüncələr qaldığı yerdən davam edəcək. 

Bəs depressiyada olarkən yatmaq əvəzinə sağlam düşünmək üçün nə etməlisiniz?

- Əhvalınızı nəyin pozduğunu anlayın, həlli üçün addımlar atın və məsuliyyəti üzərinə götürün. Problemdən uzaqlaşmaq əvəzinə, aradan qaldırmaq üçün çalışın. 
-Keçmişdə qarşılaşdıınız problemlərin öhdəsindən necə gəldiyinizi xatırlayın. 
-Rahat paltar geyinin. İctimai yerdə və ya çox insan sıxlığı olmayan məkanlarda vaxt keçirməyi yoxlayın. Məsələn, kafe, kitabxana, park, çimərlik və ya bağ.
- Kefinizi pozan vəziyyətləri bir kağız üzərində yazın və onlara alternativ fikirlər yaradın.
- İnsanlardan uzaqlaşmayın. Dostlarınızla əlaqə saxlayın və onlarla sosial mühitdə vaxt keçirin.
- Bənzər problemləri yaşamış insanların təcrübəsindən faydalanın.
- Sizi narahat edən vəziyyət ikitərəfli münasibətlərinizdirsə, probleminiz olan şəxslə birbaşa danışın. Hisslərinizi və düşüncələrinizi ifadə edərək, sakit bir söhbət edin.