İsti hava ev heyvanlarına necə təsir edir?


Yay aylarında davam edən istilər insanlarla yanaşı heyvanlara da təsir göstərir. Ev heyvanı sahiblərinin doğru bildiyi bəzi yanlışlar sevimli dostlara zərər verə bilər. 
"Sherg.az" xəbər verir ki, Türkiyəli baytar Serkan Eroğlu heyvansevərlərin kiçik dostlarının qidalanmasına xüsusi diqqət yetirmələrinin vacib olduğunu deyib. Bu dövrdə quru yeməyin digər qidalardan daha sağlam olacağını ifadə edib. İsti havalarda ən çox rastlaşdığımız hallardan biri də heyvanlara həddindən artıq su verməkdir. Xüsusilə, su vermək istəyəndə buzlu suya üstünlük verilir. Buz sərt olduğundan ağız nahiyəsində kəsiklərə səbəb olur. Ev heyvanlarına sərinləmək üçün 'soyuq dəsmal' təklif oluna bilər. Əsasən, heyvan sahiblərinə avtomobilləri ilə uzun səfərə çıxarkən kiçik dostlarını dəri çantalarda daşımamaları diqqətə çatdırılır. Çünki heyvan istidən boğula bilər. Onları 12:00-14:00 arası çölə çıxarmaq məsləhət görülmür. Əks halda, ev heyvanımızın depresiyaya düşmə ehtimalı var. 


Mənbə:CNN Türk