Ərdoğandan "Aşura günü" paylaşımı + FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Aşura günü ilə bağlı paylaşım edib.
"Sherg.az" xəbər verir ki, o tvitter hesabında yazıb:
“Millətimizi və İslam dünyasını Aşura günü münasibəti ilə təbrik edir, Məhərrəm ayının bütün bəşəriyyətə sülh və bərəkət gətirməsini Allahdan diləyirəm. Onların şəhadətlərinin ildönümündə Həzrət Hüseynimizi və Kərbəla şəhidlərini rəhmət və kamil əxlaqla yad edirəm".