Azərbaycan XİN-dən Ermənistana CAVAB

"Ermənistan XİN yenə dezinformasiya yayıb. Adı çəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan #Xocalı Meşəli qətliamı ilə bağlı beynəlxalq axtarışdadır".

"Sherg.az"xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın tvitin cavab olaraq  bildirib.

"İstintaq müəyyən edib ki, o, 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasındadır"-, o qeyd edib.