"Ermənistanın dırnaqarası humanitar yardım şousu bir neçə gündür davam edir. Şounu seyr etmək üçün hətta Avropanın bir neçə qurumlarının nümayəndələrini və Ermənistanda olan səfirləri çağırıblar.
Ancaq, bu heçnəyi dəyişməyəcək. Çünki, ilk hadisə deyil ki, Azərbaycan -Ermənistan arasında sülh müqaviləsi bağlamaq ərəfəsində bu kimi təxribatlar artıq silsilə halına gəlib".
Bunu "Sherg.az"a Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil karvanını göndərməsi ilə bağlı danışarkən II Qarabağ müharibəsi qazisi, 2-ci qrup əlil Ülvi Qədir deyib. Onun sözlərinə görə, proseslərin hansı daxili və xarici qüvvələr tərəfindən idarə olunduğu bəllidir:
" Məsələnin humanitar yardım etmək tərəfinə gəlincə isə, artıq zaman dəyişib, 90-cı illər deyilki yalan və heç bir əsası olmayan məlumarları xəbər formasında dünya ictimaiyyətinə çatdırsınlar ermənilər. Xankəndi və ətraf rayonlarımızda yaşayan ermənilərin yaşayışı, gündəlik qayğıları, ərzaq məhsulları ilə təmin olunmaları çox yaxşı və deyərdim ki, yüksək səviyyədədir. Bunu orada yaşayan ermənilərində sosial media üzərindən olan paylaşımlarından da görmək olur.
Humanitar yardım şousunun məqsədi başqadır.
Azərbaycan tərəfi Laçın - Xankəndi yolunda, Şuşa şəhərinin yaxınlığındakı ekoaktivistlətərin etirazının nəticəsi olaraq Laçın - Gorus istiqamətində Həkəri çayının üzərində qətiyyətli olaraq Sərhəd Keçid Məntəqəsi qurdu. Onlarda belə humanitar yardım şousu göstərməklə nəyəsə nail olacaqlarlarını düşünürlər. Şounun daha çox izlənilməsinə Avropa Birliyindən seyrici cəlb etmələri də ermənilər üçün normal bir haldır".
Ü.Qədir deyir ki, ikili standartlar Avropanın əsl simasıdır:
"Otuz il idi Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxlayanda, ata-baba yurdlarımızı viran edib xarabalıqlara çevirəndə Beynəlxalq Müşahidəçilərin səsi çıxmırdı, Azərbaycan ərazilərinin azad edilməsini tələb etmirdi. Bunu artıq Azərbaycan xalqı qəbul edib.
Mənim nəzərimdə şounun təşkilatçısı məhz Rusiyadır. Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq üçün dəridən-qabıqdan çıxır. Baxmayaraq ki, Ukrayna ərazilərini işğal etməkdə özünü məşğul kimi göstərir. Ancaq, tarix boyu Rusiyanın apardığı "hücum et və parçala" siyasətini bütün yaxın-uzaq ölkələrdə özünü göstərib və göstərir.
Bir anlıq düşünək ki, Azərbaycan - Ermənistan arasında sülh müqaviləsi imzalanıb, sərhədlərin delimitasiya və demarkasiya məsələsi həll olunubş Bir sözlə yaxşı da olmasa müqavilənin şərtlərinə görə normal qonşuluq şəraitdə yaşayırıq. Münasibətilər qonşuluq səviyyəsindədir, Ermənistan Beynəlxalq neft-qaz, avomabil və dəmiryolu layihələrində iştirak edir. Hərçənd ki, Ermənistandan normal qonşuluq münasibətiləri gözləmək məntiqsizdir. Tarix buna sübutdur.
Nəticə etibarı ilə Rusiya Cənubi Qafqazda, Xankəndidəki missiyası bitir və "sülhməramlı Kontingentini" çıxır və bölgədə heç bir missiyası qalmır. Əlbəttə ki, bu Rusiyanın daxili və xarici ərazi maraqlarına ziddir. Rusiyanın təşkilatçılığı, idarəçiliyi və drijorluğu ilə əlində fiqur olaraq oynatdığı Ermənistan belə şouları, səhnəcikləri hələ çox göstərəcək".