Zaman-zaman maraqlı qadağaları ilə gündəmə gələn Şimali Koreya bu dəfə tamamilə fərqli bir qərarla yenidən dünya mətbuatında səs-küy yaradıb.
Şimali Koreya mətbuatında çıxan xəbərlərdə ölkədə siqaretin qismən qadağan edildiyi açıqlanıb. Şimali koreyalılar siqaret hazırlamaq üçün yerli qəzetlərdən istifadə edirdilər və bu qəzetlərdə prezident Kimin fotoşəkilləri də yer aldığı üçün siqaret artıq ölkədə qadağandır.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, qadağaya əməl etməyən vətəndaşlar gulaqlara, yəni ağır şəraitdə işləyəcəkləri həbsxanalara göndəriləcək. Bu həbsxanalar adətən 3-ə bölünür. Cinayətlərə görə dəyişən həbsxanalarda kənd təsərrüfatı işçiləri ön sıralardadır. Digəri ağır şəraitdə tikintidə işləməkdir. Gulaqların ən pisi atom elektrik stansiyalarıdır. Qoruyucu ləvazimatları olmayan məhbuslar tullantıların burada atılmasına cavabdehdirlər və iş o qədər ağırdır ki, qısa müddətdə dünyasını dəyişirlər.
Cənubi Pyonqan vilayətindən olan mənbə Azad Asiya (RFA) radiosuna bildirib ki, şənbə günü, avqustun 12-də qəzetlərdən siqaret satan iki qadın həbs edilib və onların taleyi hazırda məlum deyil. Radionun məlumatına görə, qadınlar 2 il gulaqlarda işləyəcək, lakin həbsxanaların hansı mərhələsində olduqları hələlik məlum deyil.