Fransanın Qarabağdakı ermənilərə göndərdiyi “humanitar yardım” TIR-larını müşayiət edən Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 30-da Azərbaycan sərhədinə gəlib.
Bu haqda Ermənistan mətbuatı məlumat yayıb.
İdalqo özünün X səhifəsindəki Prezident Makronun ölkəmiz barəsində başladığı qarayaxma kampaniyasına davam etdirib.
“Mən Parisin və digər icmaların rəsmiləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120 min “artsax ermənisi”, o cümlədən 30 min uşaq təcrid edildi, ac qaldı, hər şeydən məhrum olundu. Bu humanitar fəlakətlə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir”, - Paris meri qeyd edib.
Hadisəyə münasibət bildirən millət vəkili Asim Mollazadə "Sherg.az"a söyləyib ki, zəngin və yaxşı təşkilatlanmış erməni diasporu Fransadakı siyasi korrupsiyadan istifadə edir:
"Fransa siyasətçiləri seçkilər zamanı erməni diasporunun maliyyə dəstəyi və mediadakı imkanlarımdan istifadə edirlər. Buna görə də, ermənilərə dəstək verirlər. Ümumiyyətlə Parisin meri çox uğursuzdur. Hətta Parisdə böyük problemlər var. Sözügedən problemləri həll edə bilmədikləri üçün də erməni oyununu oynayırlar. Yəni Fransanın ciddi sosial-iqtisadi problemləri olduğu üçün diqqəti başqa istiqamətə yönəldərək özü üçün maliyyə dəstəyi qazanmaq istəyir. Ümumiyyətlə baş verənlər erməni diasporunun oyunlardır. Azərbaycanın hərəkətləri isə beynəlxalq hüquqa əsaslanır. Rəsmi Bakı belə korrupsiya oyunlarına fikir verməlidir".