Rəsmi İrəvanın "sülh" mesajları: Xarici auditoriyanı aldadırlar!

Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı son təkliflərinə hələlik reaksiya verməyib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.
 
Məsələyə münasibət bildirən Sosial Tətqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, bu, Ermənistan hakimiyyəti nümayəndələrinin növbəti manipulyasiya cəhdlərindən başqa bir şey deyil:
"Ümumiyyətlə rəsmi İrəvanın sülh müqaviləsi ilə bağlı təklifləri ola bilməz. Çünki bütün şərtləri diqtə edən Azərbaycandır və qalib  kimi regionda sabitliyin olmasını istəyir. Ancaq Ermənistanın təxribatları, xüsusən də son dövrlərdə baş verən provakasiyalar səbəbindən iki ölkə arasındakı sülh müqaviləsi gecikir. Hətta Paşinyanın sonuncu addımları Ermənistanın müharibəyə hazırlaşdığını göstərir. Digər tərəfdən sülh üçün əsas şərtlərdən biri də Qarabağdakı separatçılara dəstəyin dayandırılmasıdır. Bu gün Ermənistanın dövlət büdcəsindən Xankəndindəki separatçılara maliyyə ayrılır və qanunsuz silahlı birləşmələr Azərbaycan torpaqlarından çıxarılmayıb. Bu mənada deyə bilərik ki, rəsmi İrəvanın sülhlə bağlı mesajları xarici auditoriyanı aldatmağa hesablanıb".