Rusiya müdafiə naziri Şoyqu aylar sonra yenidən gündəmə gəlib. Rusiya televiziya kanallarından birinə çox qısa müsahibə verən Şoyqu müxbirin “Biz qalib gələcəyikmi?” sualına cavab verib. Çiyinlərini çəkdi, əllərini araladı və “Başqa çarəmiz yoxdur” deyərək cavab verdi.
İngilis mətbuatı görüntüləri "Rusiyanın ümidsizliyi" başlığı ilə oxucularına təqdim edərək, 2012-ci ildə heç bir hərbi keçmişi olmamasına baxmayaraq Rusiyanın müdafiə naziri təyin edilən Şoyqunun müharibə boyu 270 min rus əsgərinin öldürüldüyü və yaralandığının şahidi olduğunu xatırladıb.
Şoyqu Ukrayna əks-hücumunun aylardır davam etdiyini bildirərək açıqlamalarına davam edib və deyib:
“Qoşunlarımız aktiv müdafiəni düzgün və lazımi istiqamətlərdə saxlamaqla məşğuldur. Bəzi rayonlarda daha çətindir, bəzilərində daha asandır, amma deyə bilərəm ki, əsgərlərimiz inamla hərəkət edirlər”.