35 il öncə buradan başlamışdı: Rus mediası Yevlax  görüşünü izləyir - FOTO

  Yevlaxda Qarabağın erməni nümayəndə heyəti ilə Azərbaycan rəsmiləri arasında danışıqlar başlayıb. Prosesə rus mediası böyük maraq göstərir.
Sherg.az Rusiyanın TASS xəbər agentliyinə istinadən xəbər verir ki,  masada Azərbaycan və Qarabağın Ermənistan nümayəndə heyətləri ilə yanaşı, Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri də yer alıb.


Azərbaycanın bir gün əvvəl başlatdığı lokal antiterror əməliyyatı sürətli nəticə verdi və dünən Qarabağdakı erməni separatçıları silahı yerə qoyub, özlərini ləğv etmək qərarına gəliblər.

Azərbaycan dövləti Qarabağdan gələn nümayəndə heyəti ilə görüşəcəyini bəyan etmişdi. 

Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti yaxından maraqlandıran görüşü Azərbaycan və Türkiyə mətbuatı ilə yanaşı, bir çox xarici jurnalistlər də izləyir.

İclasın əsas gündəliyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasıdır.

Danışıqlar üçün Azərbaycanın Yevlax şəhərinin seçilməsi də diqqət çəkib. Çünki ilk olaraq Ermənistan 1988-ci ildə blokadaya buradan başlamış və işğal üçün zəmin hazırlamışdı.