Netanyahu: "İsraillə Azərbaycan arasında hər şey əladır, daha da yaxşı olacaq"

Qələbədən narahat olan Azərbaycanın yeganə qonşusu İranı narahat edəcək açıqlama İsraildən gəldi. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda Azərbaycan mətbuatına açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Təl-Əvivlə Bakı arasında hər şey mükəmməldir:

"İsraillə Azərbaycan arasında hər şey əladır, inanın ki, daha da yaxşı olacaq. Azərbaycana salamlarımı göndərirəm".