SON DƏQİQƏ: Əliyevlə Paşinyanın görüşü gözlənilir

 Ermənistan Təhlükəsizlik Şurası  baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 5-də İspaniyada görüşəcəyini açıqlayıb.

Sherg.az "Ntv.com.tr"yə istinadən xəbər verir ki, İrəvandan verilən məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev gələn ay İspaniyada əvvəlcədən planlaşdırılan görüş keçirəcək.

Ermənistan Təhlükəsizlik Şurası oktyabrın 5-də Qrenadada keçiriləcək danışıqlarda Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqının rəhbəri Şarl Mişelin iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan ordusu konstitusiya quruluşunun yaradılması məqsədilə sentyabrın 19-da Qarabağda lokal antiterror əməliyyatına başlayıb. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub.