Səhiyyə naziri Fahrettin Koca Türkiyədə də görülən koronavirusun Eris variantı ilə bağlı açıqlama verib.
Son zamanlar xəstə sayının artdığına diqqət çəkən Koca, ''Ancaq xəstəxanaya yerləşdirilmə nisbətləri olduqca aşağıdır. Bu, ciddi xəstəlik yaratmır, yüngül gedişatlıdır" deyə bildirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, köhnə dövrü xatırladan heç bir məhdudiyyət və qapanmaların olmayacağını deyən səhiyyə naziri Eris variantı üçün yeni peyvənd proqramının həyata keçirilməsini nəzərdən keçirmədiklərini də bildirib.