ABŞ mətbuatı yazıb: Ermənilər ən böyük dostlarını itirdilər

Türk  düşməni Bob Menendesin işdən çıxarılması ilə bağlı ətraflı təhlil dərc edən “New York Times” qəzeti Türkiyə, F-16-lar və Qarabağla bağlı diqqətçəkən məlumatlar verib.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədrliyini Bob Menendesdən təhvil alan yüksək səviyyəli demokrat senator Ben Kardin Türkiyəyə F-16-ların satışı ilə bağlı açıqlamalar verib. Məsələni araşdıracağını bildirən Kardin, Komissiyanın F-16-nın satışı ilə bağlı qərarında Türkiyənin İsveçin NATO üzvlüyünə qəbul olunmasına razılığından başqa məsələlərin də təsirli olacağını bildirib.

XARİCİ SİYASƏTİN ƏSAS ADI

Menendesin işdən çıxarılmasından danışan Co Bayden isə ABŞ-nin bu vəziyyətə görə xarici siyasətdəki maneələri aşa biləcəyini qeyd edib. Menendes keçən həftə işdən çıxarılmazdan əvvəl Bayden və keçmiş prezident Barak Obamanı tənqid edirdi. Obama ikinci prezidentlik dövründə xarici siyasətdə İranla nüvə sazişi üzrə danışıqlara üstünlük verirdi, lakin Menendes Tehrana yeni sanksiyalar tətbiq etməsi üçün təzyiq edirdi. Nüvə sazişi 2015-ci ildə yekunlaşanda Menendes onu şiddətlə tənqid etdi.


 
“New York Times” (NYC) qəzetindəki təhlildə Menendesin İsveçin NATO-ya qəbulu üçün F-16 tələbini Türkiyəyə təqdim etdiyi bildirilib. Menendesin Türkiyənin Kiprlə bağlı xarici siyasətinə, İsveçin NATO-ya mümkün üzvlüyünə, Suriyaya və bir çox başqa mövzulara qarşı olduğunu bildirən qəzet, yeni rəsmilərlə iki tərəf arasında gərginliyin azalacağına işarə edib.

QARABAĞ DETALI

Menendesin Ermənistanla güclü siyasi və şəxsi əlaqələri var. Nyu-Cersi senatoru olan Menendesin  ştatında böyük erməni əhalisi var və o, etnik erməni olan Nadin Arslanyanla evlidir. Menendesin rüşvət davasında şəriki olan Nadine Türkiyənin 1900-cü illərin əvvəllərində ermənilərə qarşı soyqırım törətdiyi iddiasını dünyanın qəbul etməsinə çalışırdı.

Azərbaycanın Qarabağ qələbəsi ərəfəsində Menendes ABŞ-ın daha sərt cavab verməsi üçün təzyiq göstərib. Ermənilərin böhran zamanı Konqresdəki ən böyük tərəfdarlarını itirdiklərini xatırladan “New York Times”, Bayden administrasiyasının Qarabağla bağlı qərarların qəbulunu təxirə salacağını bəyan edib.

MENENDESİN Türkiyəyə münasibəti

Xarici ölkələrə hərbi yardım mövzusunda Konqresdə söz sahibi olan Senatın Xarici Əlaqələr Komitəsinin uzun müddət sədri olmuş Menendes ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələri satmasına qarşı çıxıb. Menendes S-400 böhranı zamanı ABŞ-ın Türkiyəyə tətbiq etdiyi CAATSA sanksiyalarının arxasında duran adlardan biri olub. O, həmçinin Türkiyənin Şərqi Aralıq dənizi, Egey və Ərdoğanın insan haqları ilə bağlı siyasəti ilə bağlı narahatlığını tez-tez dilə gətirirdi. Türkiyə hökuməti Menendesin istefasını müsbət hal kimi qiymətləndirir.