Almaniya kansleri Olaf Şolzun olduğu təyyarə İsraildən Misirə yola düşməyə hazırlaşarkən Ben Qurion hava limanında sirenlər səsləndiyi üçün təxliyyə edilib. Bir neçə dəqiqə sonra təhlükəsizlik təmin edildikdən sonra Scholz yenidən təyyarəyə mindirilib və Qahirəyə doğru istiqamətlənib.
Almaniya kansleri Olaf Şolz İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanında Misirə yola düşərkən sirenlər səslənib. Sherg.az xəbər verir ki, sirenlər səsləndiyi üçün Şolz təyyarədən təxliyə edilib və o, sığınacağa aparılıb.
Təyyarədə olan digər şəxslər hava limanında yerə uzanaraq tədbir görüblər.
Siqnaldan sonra sərnişinlər bir neçə dəqiqə sonra yenidən təyyarəyə miniblər. Almaniya kansleri Şolz mühafizəçilərin müşayiəti ilə təyyarəyə mindirilib.
Müvəqqəti evakuasiyadan sonra təyyarə Təl-Əvivdən Qahirəyə yola düşüb.