Hər il qış mövsümünün gəlişinə az qalmış turizm sektorunda müəyyən canlanma hiss olunur. Hotellər yeni kampaniyalara başlayır, turizm müəssisələri isə yeni qiymətlərlə turpaketləri satışa çıxarır. Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "sherg.az"-a açıqlamasında turizm sektorundakı yeniliklər və qış mövsümünə hazırlıqlar barədə danışıb. Onun sözlərinə görə, Azərbaycanda qış mövsümü Şahdağ, Qusar, Qəbələ, Tufandağ və Naxçıvan istiqamətləri üzrə təşkil olunur:
“Çalışırıq ki, Azərbaycan turizmində mövsümilik anlayışını aradan qaldıraq. Bu istiqamətdə qismən də olsa, planımızı həyata keçirmişik. Bayramla əlaqədar turlarımız təşkil olunur. Ölkədaxili və xarici şirkətlər də bu turların təşkili prossesini həyata keçirirlər. 11- 12 noyabr tarixində Göyçayda "Nar festivalı" olacaq. Mingəçevir və Lənkaran "sitrus bağları" turları təşkil olunur. Bununla bərabər "aqro turizim" layihəsi üzərində işlənilir. Kənd Təsərrüfatı Nazirliyi ilə Turizm Agentliyi bir yerdə ekspertlər də daxil olmaqla layihəyə öz töhvəmizi verməyə çalışırıq. Sərfəli paketlər ilə bağlı turizm şirkətlərini məlumatlandırırıq".