Rusiya dövləti miqrantları ölkəyə daxil olarkən “sadiqlik müqaviləsi” imzalamağa məcbur etmək istəyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyasına gələn əcnəbilərin “sadiqlik müqaviləsi” imzalamasını nəzərdə tutan qanun layihəsi hazırladığını açıqlayıb.O qeyd edib ki, layihə üzərində Dövlət Dumasının MDB işləri üzrə komitəsi, Prezident Administrasiyası, Rusiya Federasiyası Hökuməti və Daxili İşlər Nazirliyi birgə iş aparıb.“Biz bu müqaviləyə hansı parametrlərin daxil edilməli olduğu üzərində çalışırıq”, - deyə komitə rəhbəri izah edib. Onun sözlərinə görə, sənəd Rusiya Federasiyasına daxil olan əcnəbi vətəndaşın müəyyən qaydalara əməl etməsini, xüsusən də Rusiyanın daxili və xarici siyasətini gözdən salmamağa, tarixi faktları təhrif etməməyə razılıq verməsini nəzərdə tutur.
Məsələ ilə bağlı danışan Avrasiya Miqrasiya Təşəbbüsləri İctimai birliyinin sədri , miqrasiya əməkdaşlıq platformasının əlaqələndiricisi Azər Allahverənov "Sherg.az"a bildirib ki miqrasiya ilə məşğul olmuş biri kimi nadir hallarda buna bənzər vəziyyətlərə rast gəlindiyini deyə bilərəm:
“Ölkə ərazisinə daxil olan miqrant qısa müddət ərzində dilə və mədəniyyətə hörmət üçün ayrıca müqavilə bağlamağı absurd səslənir. İstənilən ölkənin milli qanunvericiliyi var. İstər dövlət atributları, istərsə də dil və mədəniyyətlə bağlı təhqiredici kimi hərəkətlərə yol verdikdə cinayyət məsuliyyəti yaradır. Rusiyanın da qanunvericiliyində bu istiqamətdə konkret tələblər var. Ayrıca olaraq "sadiqlik müqaviləsi" bağlanılması fərqli yanaşmadır. Düşünürəm ki, qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra bir çox məsələlər üza çıxa bilər. Ola bilsin ki, Rusiya dövlər qrumları belə bir qanunun qəbul edilməsinə ehtiyyac duyur. Bilavasitə ölkə ərazisinə daxil olan miqrantlarla münasibətdə elə bir mühit yardılmalıdır ki, onlar öz məsuliyyətini dərk etsinlər. Ola bilsin ki, miqrasiya sahəsində ciddi şərtləşmə formalaşıb. Bu da həmin elementlərin biri kimi dəyərləndirilə bilər".