"Bəsdir, yetər” - İsrail mətbuatı Netanyahuya müharibə elan etdi

ABŞ prezidenti Co Baydenin Netanyahunu çox sərt tənqidindən sonra İsrail mətbuatı da Netanyahuya müharibə elan edib.
Sherg.az xəbər verir ki, İsrailin “Haaretz” qəzeti baş nazir Binyamin Netanyahunun məsuliyyətdən qaçdığını və 7 oktyabr hadisələrində günahkar axtardığını bildirib.
"Təxribatçı Netanyahu geri döndü və indi o, günahlandıracaq birini axtarır" başlığı ilə verilən yazıda  Netanyahunun baş verənlərə görə günahı keçmiş baş nazirlərdən olan Yitzhak Rabinin üzərinə atmağa çalışdığı bildirilir. Qəzet yazır ki, məsuliyyəti öz üzərinə götürərək və siyasətinin bitdiyini qəbul etmək əvəzinə, utanmadan diplomatik çıxışlarını davam etdirir. Qəzet aşağıdakı ifadələr yer verib: "Bu yalan, nankorluq yetər. İsrail və Fələstindəki bu acılıq və ekstremizm kifayətdir. Netanyahunun etməsi lazım olan addımı vəzifəsini buraxmasıdır. İsrail də zorakı vasitələrlə bizimlə döyüşməyi seçənlərə qarşı səmimi diplomatik yol tutmalı və demokratiya naminə zorakılığa nifrət edənlərə əl uzatmalıdır."