
Əhməd bəy Ağaoğlu adında Şuşada küçə olması zəruri idi - Türkoloq-alim
Yusif Nəzərli
04:08 14.01.2025
Tarix
1565
Xankəndidə Ənvər Paşanın adına küçə var, Nuru Paşa adına da küçənin olması sevindirici olardı
Şuşada küçələrin birinə Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir, publisist, türkoloq-alim Əhməd bəy Ağaoğlunun adı verilib. Bu barədə tanınmış jurnalist, Qarabağ və Şuşa mövzusunun tədqiqatçısı, yazıçı-publisist Kərim Kərimli sosial şəbəkədə sözügedən küçədən fotoşəkil paylaşaraq məlumat verib: "Yeni Şuşada Əhməd bəy Ağaoğlu küçəsi...".
Məlumat üçün bildirək ki, Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində anadan olub. 1888-ci ildə Paris hüquq məktəbinə daxil olan Əhməd bəy Ağaoğlu təhsilini davam etdirməklə yanaşı, şəhərin ədəbi-elmi mühiti ilə ünsiyyət yarada bilib. Əhməd bəy Ağaoğlunun fransız mətbuatında müntəzəm çıxışları 1890-cı ildən başlayıb. O, “Jurnal de Deba”, “Nuvel Revyu” və başqa mətbuat orqanlarında Şərqin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında məqalələr dərc etdirib. Məhz bu illərdən başlayaraq o, Tiflisdə çıxan “Qafqaz” qəzeti ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq onun publisistik fəaliyyətinin canlanmasında mühüm rol oynayıb. 1897-ci ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin dəvətilə Bakıya gələn Əhməd bəy Ağaoğlu Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan “Kaspi” qəzetilə əməkdaşlıq etməklə yanaşı, həm də Ali Ticarət Məktəbində fransız dili müəllimi işləyib. 1898-1904-cü illərdə “Kaspi” qəzetində Əhməd bəyin ədəbiyyatımız, mədəniyyətimiz, sosial-siyasi həyatımız, dini dünyagörüşümüz barəsində çox sayda yazıları çap olunub. Əhməd bəy 1905-ci ildə nəşrə başlayan “Həyat” qəzetinə Əli bəy Hüseynzadə ilə birlikdə redaktorluq edib, daha sonra “İrşad”, “Tərəqqi” və rusca “Proqres” qəzetini çıxarıb. O, bu dövrdə fəal siyasi mübarizəyə qoşulub, 1906-cı ilin payızında “Divai” firqəsinin əsasını qoyub. Bu firqə Azəri türkünün siyasi təfəkkürünün, milli mənlik şüurunun formalaşmasında, xüsusilə erməni-daşnak təcavüzündən qorunmasında müstəsna xidmətlər göstərib.1909-cu ildə Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət edərək ədəbi-elmi və siyasi fəaliyyətini orada davam etdirib. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın dostu, silahdaşı, onun apardığı İstiqal savaşının fəal müdafiəçilərindən biri olub. Cümhuriyyətin ilk illərində onun yüksək dövlət vəzifəsinə təyin olunmasında bu münasibət mühüm rol oynayıb. Atatürk köhnə silahdaşı Əhməd bəyin xətrini daim əziz tutaraq “Bu qafa yalnız bir türkdə ola bilər” - deyib və ona böyük dəyər verib. Onu da xatırlaq ki, Xankəndi şəhərində də küçə və prospektlərə tanınmış simaların adları verilib. Onlar arasında Məhəmməd Əmin Rəsulzadə, Pənahəli Xan, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Cabbar Qaryağdı kimi adlarla yanaşı, Ənvər Paşa da var.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, Şuşada, Xankəndidə tanınmış tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin adlarının küçələrə verilməsi təqdirəlayiq haldır. Alimin sözlərinə görə, Əhməd bəy Ağaoğlu adında Şuşada küçə olması da müsbət və zəruri idi:
"Əhməd bəy Ağaoğlu Şuşada dünyaya göz açıb və nəinki Azərbaycan, bütün türk dünyası üçün dəyərli siyasət, dövlət adamı olub, mütəfəkki ömrü yaşayıb. Yaxşı olar ki, Əhməd bəy Ağaoğlunun tanınmış övladlarının, məsələn Sürəyya Ağaoğlunun da adını daşıyan küçə olsun, onun da adı əbədiləşdirilsin. Sürəyya Ağaoğlunun böyük xidmətləri olub, Türkiyənin ilk qadın vəkilidir. Səməd Ağaoğlu da önəmli şəxslərdən olub. O cümlədən, tanınmış tarixçi, araşdırmaçı, hüquqşünas, yazıçı-publisist Hüseyn Baykara (Qara Hüseynov) da Şuşada anadan olub. Sonradan Türkiyədə mühacirət həyatı yaşayıb. Hüseyn Baykara Cümhuriyyət dönəmini yazıb. Onun adına da küçə verilməsi yaxşı olardı. Qasım bəy Zakir, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər şəxslərin də adları müxtəlif formada Qarabağda əbədiləşdirilə bilər. Məzh Şuşa və Xankəndidə bu cür şəxslərin adlarının olması, təbliği çox vacibdir. Xankəndidə Ənvər Paşanın adına küçə var. Nuru Paşa adına da küçənin olması sevindirici olardı. Nuru Paşa Azərbaycan xalqı üçün, Qarabağ üçün çox önəmli, tarixi rol oynayıb. Şuşa uğrunda siyasi-hərbi cəhətdən mübarizə aparmış, mücadilə vermiş insanların adlarının əbədiləşdirilməsi faydalı olardı. Bu, gələcək nəslin milli-vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynaya bilər".
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat