Kremldən Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar barədə - AÇIQLAMA

ABŞ ilə əlaqələr davam edir, amma Vaşinqton-Kiyev danışıqlarının hər hansı nəticəsi hələlik rəsmən Moskvaya təqdim olunmayıb.

Teleqraf xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.

Kreml sözçüsü vurğulayıb ki, Rusiya-ABŞ dialoqu davam edir, ancaq konkret nəticələri müzakirə etmək hələ tezdir.

"Rusiya tərəfi danışıqların gedişatını izləməyi və rəsmi mövqe formalaşdırmazdan əvvəl alınan məlumatların təhlilini davam etdirir" - Peskov bildirib.