Keçmiş Elm və Təhsil naziri Misir Mərdanov və qohumlarının fotosu sosial şəbəkədə paylaşılıb.
“Sherg.az” xəbər verir ki, foto Sulutəpə qəsəbəsində çəkilib.
Fotonu şərh edən Teymur Mahmudov yazır:
“Bura Sulutəpədir. Sadə bir ev.
Professor Misir Mərdanov və qohumları.
Keçmiş nazir Misir müəllim qədər dövlətə, xalqa, vətənə , elinə-obasına, qohumluq əlaqələrinə dəyər verən ikinci bir insan görmədim. Sadə bir insan olan professor ara-sıra qohumlarının qapısını açır, onların qayğıları ilə, həyatı ilə maraqlanır. Çox yüksək və təqdir olunmalı keyfiyyətdir.
Kaş yuxarıda əyləşənlərin hamısı qohumları ilə Misir müəllim kimi mehriban olardı”.