SON XƏBƏR... Əkrəm İmamoğlu haqqında istintaq başladı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaq işləri başlayıb. 

Sherg.az xəbər verir ki, İmamoğlunun bu gün etdiyi çıxışdan sonra İstanbul Baş Prokurorluğu “məhkəmə vəzifələrini icra edən şəxsə təsir göstərməyə cəhd” və “ədalətli mühakiməyə təsir göstərməyə cəhd” cinayətləri ilə bağlı istintaqa başlayıb.

Əkrəm İmamoğlunun adını çəkdiyi məhkəmə üzvlərinin adlarını xəbərlərində istifadə edən media qurumlarının da istintaqa cəlb olunacağı da öyrənilib.


Ötən həftə İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı istintaqa başlayıb. Prokurorluq, İmamoğlunun qatıldığı bir proqramda İstanbul Respublika Baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlərə görə hərəkətə keçib və “təhdid” və “terrorla mübarizədə vəzifəli şəxsləri hədəfə almaq” ittihamları ilə revize olaraq istintaq başlanıb.