Med-Or: Türkiyə öz təsirini Liviyadan Qafqaza qədər yaydı

Türkiyə öz təsirini Liviyadan Qafqaza qədər yaydı. İndi xarici siyasətdə daha iddialı və daha qətiyyətli davranır.

Sherg.az xəbər verir ki, bu barədə "Med-Or İtalian" fondunun saytında dərc olunan "Türkiyə və Aİ: Ankaranın "qumarı" və Avropanın dilemması" başlıqlı məqalədə qeyd olunur.

"Aİ-nin yaxın gələcəkdə Türkiyəni üzv kimi qəbul etməsi gözlənilməsə də, Ankara miqrasiya və təhlükəsizlik kimi mövzularda Aİ-nin əvəzolunmaz tərəfdaşı olmaqda davam edir. Türkiyə Şərqlə Qərbi birləşdirən həyati bir körpüdür. Ankaranın regional və qlobal məsələlərdə mövqeyini heç kim görməməzlikdən  gələ bilməz",  - yazıda bildirilir.