Stadiona Qurbanovun adı verilsin? - Biri təklif etdi, o biri təkzib!

Ağdamda tikilən stadiona kimin adının veriləcəyi müzakirə olunur. 

“Sherg.az” xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı da bu müzakirələrə qoşulub.

A.Nağı feysbuk hesabında yazır:

“Bəzi gündəmə gəlmək həvəskarları təklif edirlər ki, Ağdam stadionuna Qurban Qurbanovun adı verilsin. Qurban xocamız Ağdam, Qarabağ, Azərbaycan futbolu üçün ölçüyəgəlməz işlər görüb. Bunu hər kəs bilir. Amma Ağdam stadionu Şəhid atası, Qarabağ qazisi, Ağdamda ilk futbol komandasının təşkilatçısı Əkbər Rüstəmovun xeyir-duası ilə  Milli Qəhrəman Allahverdi Bağırovun adına olmalıdır”.

Qeyd edək ki, deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bu məsələyə toxunub. Deputat təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin.