Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir:
“Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur.
Nəqliyyat eksperti Ərşad Hüseynov “Sherg.az”a vurğulayıb ki, sükan arxasında telefonu əldə tutaraq istifadə etmək sürücü üçün böyük təhlükələr yaradır:
“Dünyanın hər bir yerində qayda-qanunlara uyğun olaraq avtomobil hərəkətdə olan zaman sükan arxasında əldə telefon tutaraq istifadə etmək qadağan edilib. Qəza törətməyə səbəb olan amillərdən biri də video görüntü ilə danışmaq və mesajlaşmaqdır. Belə hal baş verdikdə sürücünün diqqəti yol hərəkətindən yayınaraq ağır qəzalar törədir. Sükan arxasında avtomobil hərəkətdə olan zaman telefonu əldə tutaraq istifadə edən şəxslərə 50 manat cərimə tətbiq olunur”.