Amerikalı jurnalistdən cəsarətli iddia: "Makronun kişi ilə evli olduğunu sübut edəcəm"

Amerikalı jurnalist Candace Ouens yanvarın 30-da Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olaraq doğulduğuna dair sübutları açıqlayacağını bildirərək beynəlxalq gündəmə damğasını vurub.

Sherg.az "turkiyegazetesi.com.tr"yə istinadən xəbər verir ki, Amerikalı jurnalist Candace Ouens Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron haqqında təəccüblü iddia ilə çıxış edib. Ouens yanvarın 30-da Bricit Makronun kişi olaraq doğulduğunu sübut edən sənədləri açıqlayacağını vurğulayıb.

“Bricit Makron haqqında heç vaxt olmayan sübut və dəlillər topladım” deyən Ouens,  Brigitte Macronun gənc qadın kimi fotoşəkillərinin və məktəb illərinə aid qeydlərin olmamasını gündəmə gətirərək, bu nüansların şübhələr yaratdığını iddia edib.

O, həmçinin Makron cütlüyünün münasibətlərinin qeyri-adi qrafikini əsas gətirərək Brigitte Macronun keçmişi ilə bağlı suallar verməyə davam edir.

Candace Ouensin iddialarına cavab olaraq, Fransa mediası Makron ailəsinin Ouensə qarşı hüquqi addımlar atmağa hazırlaşdığını bildirib. Lakin Ouens söz azadlığını müdafiə etməyə davam edir və deyir ki, Amerika qanunvericilik bazası bu iddiaları irəli sürmək hüququnu qoruyur.

“ABŞ-da ifadə azadlığı var, fransalı vəkillər məni susdura bilməz” deyən Ouens geri çəkilməyəcəyini açıqlayıb.

 Ouensin şərhləri Bricit Makronun cinsi kimliyi ilə bağlı əvvəlki fərziyyələri yenidən alovlandırıb. 2021-ci ildə fransız jurnalist Nataşa Rey hüquqi nəticələrlə üzləşib və oxşar ittihamlara görə cərimələnib. Ouensin iddiaları həm ictimaiyyətdə, həm də media etikası müzakirələrində diqqət çəkib.

Candace Ouensin yanvarın 30-da açıqlayacağı sübutlar təkcə Makron ailəsini deyil, həm də media etikası və şəxsi məxfilik məsələlərini gündəmə gətirib.  Ouensin iddialarının reallığa söykənib- söykənmədiyi maraq doğursa da, ekspertlər hesab edir ki, müzakirələr daha geniş sosial və siyasi nəticələrə gətirib çıxara bilər.