“Ola bilsin ki, diplomatın Moskvadakı fəailiyyəti erməni hakimiyyətini qane etmir"
Ermənistan Rusiya Federasiyasındakı səfirini dəyişməyi planlaşdırır.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Qeyd edək ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri Vaqarşak Arutyunyandır. 1999-2000-ci illərdə və 2020-ci ilin 20 noyabr tarixindən 2021-ci ilin 20 iyul tarixinə qədər Ermənistanın müdafiə naziri olan Arutyunyan Rusiyanın adamı hesab olunur.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən AĞ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanın Rusiyadakı səfirini dəyişmək istəməsi normaldır:
“Ola bilsin ki, sözügedən səfir hansısa ifadə işlədib, Rusiyanın xoşuna gəlməyib. Yaxud da həmin səfirin Moskvada fəailiyyəti erməni hakimiyyətini qane etmir. Eyni zamanda, səfirin əlaqələrini Nikol Paşinyan dövlət mənafeyinə zidd də saya bilər. Ona görə də yeni səfir təyin etmək qərarına gəlib. Ümumiyyətlər erməni və rus münasibətləri yaxşı dönəmini yaşamır. Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik dönəmində ilk dəfə Ermənistanda antirus mövqeyi var. Ermənistanda bütün problemlərin səbəbini Rusiyada görürlər. Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi səviyyəsində Armen Qriqoryan guya Rusiyanın Qarabağı alıb, Azərbaycana verdiyi fikirlərini də səsləndirdi. Ermənistan başqa ölkənin ərazisini işğal etməklə qalmayıb, həmi torpaqlar azad olunanda hayasızca Rusiyanı iddiham etdi. İşğal etdikləri torpaqları Rusiyanın qoruya bilmədiyin dedilər. Bu göstərir ki, ermənilərin əlində fürsət olsa, yenidən Qarabağa və digər ərazilərimizə əl uzada bilərlər. Ona görə ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq kimi cəfəngiyyatlarına inanmamalıyıq”.