NASA elan etdi: Kosmosda qapalı qalıblar, aqibətləri bəlli deyil

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA), iki həftədir kosmos stansiyasına göndərilən, lakin Boeing-in Starliner şatlının nasazlığı nəticəsində iyun ayının əvvəlindən kosmos stansiyasında qapalı qalan iki astronavtın Yerə qayıtması ilə bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, mətbuat konfransında danışan NASA-nın kosmos əməliyyatları missiyası rəhbərlərindən Ken Bowersox, astronavtların geri qayıtması üçün qəti bir tarixin olmadığını bildirib.

Bowersox, kosmik stansiyada qalan astronavtlar Butch Wilmore və Suni Williams-ın SpaceX-in 2025-ci ilin fevral ayında keçiriləcək ekspedisiyasına qədər Beynəlxalq Kosmik Stansiyada saxlanılıb saxlanmayacağına dair qərarın bir neçə həftə ərzində veriləcəyini açıqladı.

Bowersox həmçinin qeyd edib ki, nasaz Boeing servisinin Yerə boş dönməsinə icazə verilib-verilməməsi ilə bağlı hələ qərar verilməyib.

Qərar vermədən əvvəl daha çox məlumatı təhlil edəcəklərini ifadə edən Bowersox, "Starlineri evə gətirmək üçün vaxtımız var və bu vaxtı ağıllı şəkildə istifadə etmək istəyirik" deyib.