Pakistanda bomba hücumu: 2 uşaq ölüb, 16 nəfər yaralanıb

Pakistanın cənub-qərbində törədilən bomba hücumunda iki uşağın öldüyü, 16 nəfərin yaralandığı bildirilib.

Sherg.az xəbər verir ki, səlahiyyətlilər, motosikletə yerləşdirilmiş uzaqdan idarə olunan bombanın Pişində polis idarəsi yaxınlığında partladığını və yaralananlar arasında 7 polis əməkdaşının olduğunu bildirib.

Bildirilib ki, partlayış baş verən zaman ölən iki uşaq ərazidən keçirmiş.

Baş nazir Şahbaz Şərif partlayışda azyaşlı uşaqların şəhid olması ilə bağlı dərin hüzn və kədər ifadə edib.

O, açıqlamasında həlak olanların ailələrinə başsağlığı verib, hadisə zamanı yaralanan polis əməkdaşlarına və digər insanlara şəfa diləyib.