Azərbaycandan qayıdırdı: Telegram-ın təsisçisi Fransa hava limanında saxlanılıb

Telegram mesajlaşma proqramının təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durovun Azərbaycandan şəxsi təyyarəsi ilə gəldiyi Fransa hava limanında saxlanıldığı öyrənilib.
Sherg.az xəbər verir ki, Fransanın TF1 televiziyasının anonim mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Ukrayna müharibəsindən sonra ölkəsi Rusiyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərində yaşamağa başlayan Durov paytaxt Paris yaxınlığındakı Burje hava limanında saxlanılıb.

Durovun hansı səbəbdən saxlanıldığı bilinməsə də, onun barəsində Fransada həbs qərarı olduğu iddia edilib.

Sərvətinin təxminən 15 milyard dollar olduğu bildirilən Durovu daşıyan şəxsi təyyarənin Azərbaycandan havaya qalxdığı bildirilib.