Oleq Sinegubov sosial media hesabında Rusiya ordusunun Xarkova hücuma keçdiyini açıqlayıb
Rusiyanın Tu-95 tipli bombardmançı təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumlarına qarşı sirenlər səslənməy başlayıb.
Sherg.az xəbər verir ki, Kiyev Şəhər Hərbi İdarəsinin Telegram kanalında yayılan yazılı açıqlamada, Rusiya ordusuna məxsus Tu-95 tipli döyüş təyyarəsindən qanadlı raket atma təhlükəsi səbəbilə ölkə daxilində sirenaların çalındığı bildirilib.
Ukraynanın müxtəlif Telegram kanallarında Xarkov, Mikolayiv, Dnepr və Vinnitsa vilayətlərində yaşayan insanlar sığınacaqlara çağırılıb.
Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial media hesabında Rusiya ordusunun Xarkova hücuma keçdiyini açıqlayıb.
Ukrayna mətbuatı da ölkənin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini yazıb.