Şimali Koreya müharibəyə hazırlaşır: "Daha çox intiharçı pilotsuz təyyarələr istehsal etməliyik"

Şimali Koreya lideri Kim Çen In Müdafiə Elmləri Akademiyasının Dron İnstitutuna baxış keçirib və yerli istehsal edilən PUA-lar barədə səlahiyyətlilərdən məlumat alıb.
Sherg.az xəbər verir ki, rəsmi mənbələrə görə, hücum pilotsuz təyyarələrinin performans testlərini izləyən Kim pilotsuz təyyarələrin taktiki və texniki xüsusiyyətlərindən razı qaldığını bildirib.


Kim institutdakı çıxışında müharibələrdə müxtəlif tipli pilotsuz təyyarələrin rolunun artdığına diqqət çəkərək, Koreya Xalq Ordusunun (KPA) qoşunlarının ən qısa zamanda ən müasir İHA-larla təchiz edilməsinin vacibliyini vurğulayıb. .

Kim həmçinin sualtı hücum dronlarının inkişafının vacib olduğunu qeyd edərək, süni intellekt texnologiyalarının dron texnologiyalarına inteqrasiya edilməsinin vacibliyini vurğulayıb.