Paşinyan səfirləri yığdı- Nədən danışıb?

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, baş nazir Nikol Paşinyan və Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın diplomatik nümayəndəlikləri rəhbərlərinin illik seminarına qatılıblar .
 
"Sherg.az" ın erməni mənbələrinə istinadən xəbərinə görə , seminarda  Paşinyan diplomatik missiyaların əsas rolunu və əhəmiyyətini vurğulayıb.  O, Ermənistanın xarici siyasətinin prioritetləri və məqsədləri ilə bağlı məsələ ətrafında cıxış edib. 
 Baş nazirin çıxışından sonra Ermənistanın xarici siyasət gündəliyi, mövcud problemlər və onların həlli imkanları müzakirə olunub.
Qeyd edək ki , yaxın vaxtlarda xaricdə fəaliyyət göstərən  Ermənistan diplomatik xidməti və səfirliklərinin Türkiyə və Azərbaycan əleyhinə təbliğat kampaniyasına şahid olaçağıq.