Türkiyə, Rusiya, Suriya və İrandan olan kəşfiyyat rəsmiləri görüşə bilər

Suriya ilə normallaşma prosesi hansı mərhələdədir? Tərəflər tezliklə masa arxasına əyləşə biləcəklərmi? Bu kritik suallara cavab axtarılarkən, Ankaranın normallaşma prosesində hansı yolu tutacağı bəlli oldu.

Sherg.az xəbər verir ki,  əvvəlcə kəşfiyyat səviyyəsində danışıqlar aparılacaq, irəliləyiş əldə olunarsa, nazirlər, ardınca isə dövlət başçıları görüşəcək. İki ölkə arasında daha əvvəl İran və Rusiyanın iştirakı ilə dördtərəfli formatda təmas qurulmuşdu və kəşfiyyat rəhbərlərinin müavinlərinin də bu formatda görüşə biləcəyi bildirilir.