Ermənistanın Konstitusiya Məhkəməsinin sabiq sədri Qrayr Tovmasyanın sentyabrın 2-də məhkəməyə məcburi gətiriləçək. Bu barədə erməni mətbuatına məhkəmə orqanlarından xəbər verilib. Sabiq sədrin haqqında məhkəməyə məcburi gərilmə qərarını hakim Tatevik Qriqoryan çıxarıb. " Şherg.az " " armtoday " teleqram kanalına istinadən məlumat verir ki , Ermənistanın eks konstitusiya məhkəməsi hakimi Tovmasyana avqustun 28-də və 29-da məhkəməyə gəlmək üçün bildirişlər göndərilib, xəbərdarlıq məktubunu aparanlar onun yaşayış yerinə getsələr də, qapı bağlı olub.
Prokurorluq bundan əvvəl Tovmasyanın 2010-13-cü illərdə Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.