Paşinyan: Ermənistan KTMT-nin bütün orqanlarında iştirakını dondurub

 "İndi fərqli bir qərar verməyə ehtiyac görmürük, lakin bu, gələcəkdə fərqli bir qərar verməyəcəyimiz demək deyil”

 Ermənistan hazırda KTMT-nin bütün orqanlarında iştirakını dondurub və hələ ki, başqa qərarlar qəbul etmək fikrində deyil.

Sherg.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunu kifayət hesab edirik. İndi fərqli bir qərar verməyə ehtiyac görmürük, lakin bu, gələcəkdə fərqli bir qərar verməyəcəyimiz demək deyil”.