Qarabağ erməniləri Ermənistan ordusunda xidmət keçmək istəmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
Sherg.az “Armenia Today” teleqram kanalına istinadən xəbər verir ki, baş nazir Qarabağ ermənilərini Ermənistan vətəndaşlığı üçün müraciət etməyə çağırıb və onların mühacirətini istəmədiyini bildirib.
"Mühacirət edənlərin əksəriyyəti övladlarının orduda xidmət etməsini istəməyən insanlardır, çünki sülh yoxdur", - Paşinyan bildirib.