Pezeşkian Rusiyanın Türk bölgəsinə gedir 

 İran prezidenti  Rusiyada keçiriləcək BRİKS sammitində iştirak edəcək.
İran prezidenti Məsud Pezeşkian oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in 16-cı sammitində iştirak edəcək. 
Sherg.az "Azad İran" internet kanalına istinadən xəbər verir ki , bu  barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, İranın Kazandakı baş konsulu Davud Mirzəxani Tatarıstan Respublikasının rəhbərinin köməkçisi Qazinur Bəkirovla görüşündə qarşıdan gələn sammitin detallarını və Pezeşkiyanın tədbirdə iştirakını müzakirə edib.