"Paşinyan  Əliyevlə sərhəddə görüşə biləcəyini deyir"  - Səbəb?

"Paşinyan Azərbaycanla danışıqların ikitərəfli formatda davam etdirilməsini istəyir, hətta Əliyevlə sərhəddə görüşə biləcəyini deyir. Halbuki, Bakı ikitərəfli format və sərhəddə görüş məsələsi üzərində israrla dayananda İrəvan üçüncü tərəflərin iştirakında maraqlı tərəf kimi çıxış edirdi".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib. Ekspert deyib ki, Nikolun U dönüşünün səbəbi Putinin ondan istədikləri və Moskvada görüşün gündəmə gəlməsidir:

"Rusiya masasına getməmək üçün ikitərəfli formatın əhəmiyyətini irəli sürür, lakin situasiya dəyişəndə - Rusiyanın təşəbbüsü arxa plana keçəndə İrəvan yenə Qərb ölkələrinin iştirak edəcəyi çoxtərəfli formata qayıdacaq".