Babayev: COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb, qalan işlərin başa çatması üçün proses davam edir:
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Uniformaların paylanması və akkreditasiya mərkəzi"nin (UDAC) açılış mərasimində deyib.
Onun sözlərinə görə, tədbir məkanının tam hazır vəziyyətə gətirilməsi üçün də hazırda işlər davam etdirilir.