NİİM: Bir çox qəzalar bu səbəbə görə baş verir
Yusif Nəzərli
07:21 21.10.2024
Cəmiyyət
368
Paytaxt yollarında bəzi sürücülər sanki svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar. Həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
Sherg.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bu qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsi səbəbindən baş verib. Bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbrsizlik göstərməsi nəticəsində olur. Svetoforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar. Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və svetoforun qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar", məlumatda deyilir.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm