Ankarada TUSAŞ-a hücum edən terrorçulardan birinin kimliyi məlum olub.
Sherg.az xəbər verir ki, daxili işlər naziri Yerlikaya satqının PKK terror təşkilatının üzvü Rojger kod adlı Əli Örek olduğunu açıqlayıb.
Qeyd edək ki, hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər yaralanıb. Yaralılardan 8-i evə buraxılıb.