Livan ərazisindən İsrailə 90 mərmi atılıb

Livanın “Hizbullah” hərəkatı gün ərzində İsrailə 90-a yaxın mərmi atıb.

APA xəbər verir ki, bu barədə İsrail Ordusu “Telegram” kanalında məlumat yayıb.

Qeyd edək ki, son sutkada İsrailin Livana endirdiyi zərbələr nəticəsində 19 nəfər həlak olub.